Naxçıvan, 22 yanvar,  ARHD.AZ

 

Ötən il Naxçıvanda vergi orqanlarına ümumilikdə 1865 müraciət daxil olub ki, onların da 87,9 faizini ərizələr, 12,1 faizini şikayətlər, qalan hissəsini isə müxtəlif təkliflər təşkil edib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən ARHD.AZ-ın Naxçıvan bürosuna bildirilib ki, müraciətlərin 98,4 faizinin baxılması 2024-cü ildə başa çatdırılıb, 1,6 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 95,1 faizi həll olunub, 2,8 faizi barədə müvafiq izahat verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib.

Ötən il Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 153 vətəndaşın qəbulu təşkil olunub. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

Baxış sayı: 386

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə