Azərbaycan və Efiopiyanın İnvestisiya Holdinqləri arasında Anlaşma Memorandumu imzalanıb

Qahirə, 16 fevral, ARHD.AZ


Azərbaycan və Efiopiyanın İnvestisiya Holdinqləri arasında Anlaşma Memorandumu imzalanıb


Əddis-Əbəbədə Efiopiya İnvestisiya Holdinqi (EİH) ilə Azərbaycan İnvestisiya Holdinqi (AİH) arasında strateji əməkdaşlığın təşviqi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

ARHD.AZ Efiopiya İnvestisiya Holdinqinin saytına istinadla xəbər verir ki, sənədi EİH-nin Baş direktoru Dr. Bruk Teye və AİH-nin Baş direktoru Ruslan Əlixanov imzalayıblar.

Bu sənəd tərəflər arasında bilik və təcrübə, eləcə də texnologiya mübadiləsi və birgə investisiya təşəbbüsləri kimi əsas sahələrdə əməkdaşlıq üçün çərçivə yaratmağı hədəfləyir.

İmzalanma mərasimindən sonra Bruk Teye tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq, Anlaşma Memorandumunu Efiopiya və Azərbaycan arasında iqtisadi əlaqələri gücləndirmək yolunda mühüm addım adlandırıb. Qeyd edib ki, bu, investisiya idarəçiliyi sahəsində qarşılıqlı təcrübədən istifadə etməklə, dayanıqlı iqtisadi artımı dəstəkləyən sahələrdə səmərəli əməkdaşlıq üçün zəmin yaradacaq.

Ruslan Əlixanov tərəfdaşlığın əhəmiyyətini və iki təşkilat arasında əməkdaşlıq potensialını vurğulayıb. Bildirib ki, bu əməkdaşlıq bilik transferi, texnoloji nailiyyətlər və dövlət müəssisələrinin fəaliyyətini gücləndirəcək birgə təşəbbüslər üçün yeni imkanlar açır.

Anlaşma Memorandumunun imzalanması hər iki qurumun iqtisadi transformasiyanı təşviq etmək, dövlət müəssisələrinin fəaliyyətini optimallaşdırmaq və qarşılıqlı maraq doğuran digər sahələrdə yeni investisiya imkanlarını üzə çıxarmaq səylərinin möhkəmləndirir.

Baxış sayı: 7 660

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə