Azərbaycanda keçiriləcək III MDB Oyunlarının vaxtı dəqiqləşib

Bakı, 12 fevral, ARHD.AZ


Azərbaycanda keçiriləcək III MDB Oyunlarının vaxtı dəqiqləşib


Azərbaycanda keçiriləcək III MDB Oyunlarının vaxtı dəqiqləşib.

ARHD.AZ xəbər verir ki, bu barədə yarışın Təşkilat Komitəsinin ilk iclasında məlumat verilib. İclasda qeyd olunub ki, MDB Oyunları 23 idman növü üzrə təşkil edilməklə, “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncədə və ölkəmizin digər 6 şəhərində sentyabrın 28-dən oktyabrın 8-dək müddətdə keçiriləcək. Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil ediləcək.

Baxış sayı: 2 349

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə