Bu gün qadınlar arasında keçirilən 3x3 basketbol üzrə FİBA Çempionlar Kubokunda yarımfinal oyunları keçirilib.
“ARHD.AZ” xəbər verir ki, millimiz yarımfinal oyununda basketbolun yaradıcıları sayılan ABŞ yığması üzərində 22:20 hesablı qələbə qazanaraq, finala yüksəlib.
Finalda rəqibimiz Niderland seçməsi olacaq. Oyun Bakı vaxtı ilə saat 14:05-də baş tutacaq.
Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə verən Olimpiya Təsnifat turnirində iştirak hüququ qazanacaq.
























