Yəmən strateji əhəmiyyətli Bab əl-Məndəb boğazını ABŞ və İsrail gəmiləri üçün bağlamaqla hədələyib.
“ARHD.AZ” İranın “Press TV” telekanalına istinadən xəbər verir ki, bu haqda Yəmənin yüksək rütbəli hərbi komandiri Abed əl-Səvr bildirib.
Qeyd edək ki, Bab əl-Məndəb boğazı Ərəbistan yarımadasının (Yəmən) cənub-qərb hissəsi ilə Afrikanın şimal-şərq hissəsi (Cibuti və Eritreya) arasında yerləşir.
























