Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo 3 oyunluq fasilədən sonra heyətə qayıdıb.


“ARHD.AZ” xəbər verir ki, portuqaliyalı hücumçu Pro Liqanın 22-ci turu çərçivəsində bu gün keçirilən “Əl-Fateh”lə matçın start heyətində yer alıb.


Ronaldo oyunda fərqlənərək komandasının qollarından birini vurub və qayıdışını qolla qeyd edib. Bu, ulduz futbolçunun karyerasındakı 962-ci qol olub.


Qeyd edək ki, oyun “Əl-Nəsr”in 2:0 qələbəsi ilə başa çatıb.


Xatırladaq ki, 39 yaşlı futbolçu komandasının son 3 oyununda (2-si çempionat, 1-i Asiya Çempionlar Liqası) meydana çıxmamışdı. Ronaldo bu addımı Səudiyyə Ərəbistanı Suveren Fondunun siyasətinə və klub işçilərinin maaşlarının gecikdirilməsinə etiraz olaraq atmış və oyunları boykot etmişdi.

Baxış sayı: 2 819

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə