İspaniyanın “Carrusel Deportivo” nəşrinin futbol eksperti Rafa Alkorta “Real”ın türkiyəli futbolçusu Arda Gülər haqqında sərt fikirlər səsləndirib.


“ARHD.AZ” “Fanatik”ə istinadən xəbər verir ki, o, gənc yarımmüdafiəçinin oyun tempinə təsir göstərə bilmədiyini deyib. 


“Bura Türkiyə çempionatı deyil. “Real”ın səviyyəsi tamam fərqlidir. Fiziki mübarizələrdə zəifdir, hazırda Madrid təmsilçisinin əsas heyəti üçün yetərli səviyyədə deyil”, - şərhçi bildirib.


Alkorta həmçinin qeyd edib ki, futbolçu istedadlıdır, lakin bu səviyyəyə uyğunlaşmaq üçün vaxta ehtiyacı var.


Qeyd edək ki, A.Gülər bu mövsüm “Real” forması ilə 35 oyuna çıxıb, 3 qol vurub və 12 məhsuldar ötürmə edib.

Baxış sayı: 2 053

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə