Nəriman Axundzadənin son dövrlərdə azarkeşlərin təzyiqləri ilə üzləşməsi milli komandamızın baş məşqçisi Ayxan Abbasovu da narahat edən məsələlərdən biridir. Nərimanın forması və çıxışı, xüsusən mərkəz hücumçusu baxımından sıxıntıları olan yığmamıza təsirsiz ötüşməyəcək.


ARHD.AZ  xəbər verir ki, "Qarabağ"ın hücumçusunun ətrafında yaranmış vəziyyətlə bağlı milli komandamızın baş məşqçisi Ayxan Abbasov Sportal.az-a açıqlama verib:


"Hazırda millimizin 4 hücumçusu var - Renat, Mahir, Nəriman və Musa. Onlardan Mahir və Nərimanı cinahlarda da istifadə edə bilirik. Amma indiki halda hərəsinin özünə görə problemləri var. Mahir zədəlidir. Renatın Polşa karyerası uğurlu olmadı. Musa da zədə səbəbindən xeyli oyun buraxıb, yalnız son vaxtlar davamlı çıxış etməyə başlayıb.


Nərimana gəlincə, xaricə getməsi və ya getməməsi ilə bağlı bir söz deyə bilmərəm. Bu, klubun daxili işidir. İndi ona olan təzyiqlər çoxdur. Amma Nəriman psixoloji cəhətdən daha güclü olmağı öyrənməli və çətinlikləri aşmağa çalışmalıdır.


"Qarabağ"dakı yerlilərin Çempionlar Liqasında oynaması millimiz üçün də üstünlükdür. Böyük turnirlərdə qazanılan təcrübə milli komandamızın xeyrinədir. Xüsusən də böyük yığmalarla oyunlarda buna çox ehtiyac olur", - deyə Ayxan Abbasov bildirib.

Baxış sayı: 2 664

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə