Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində bu gün daha üç oyun keçiriləcək.


ARHD.az  xəbər verir ki, günün ilk oyunlarında Şamaxı şəhər stadionunda "Şamaxı" - "Baku Sportinq", Quba Olimpiya Kompleksinin stadionunda isə "İmişli" - "Sabah" qarşılaşmaları baş tutacaq. Hər iki görüş saat 14:00-da start götürəcək.


Günün son oyununda isə "Qarabağ" "Karvan-Yevlax"la üz-üzə gələcək. Bu matç saat 19:00-da başlayacaq.


"Şamaxı" - "Baku Sportinq" cütünün qalibi növbəti raundda "Qarabağ" - "Karvan-Yevlax" duelinin qalibi ilə qarşılaşacaq. "İmişli" - "Sabah" görüşündə qalib gələn komanda isə 1/4 finalda "Qəbələ" - "Şəfa" cütünün qalibi ilə üz-üzə gələcək.


3 dekabr


14:00. "Şamaxı" - "Baku Sportinq"


Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.


Hakim-inspektor: Əmrah İbrahimov.


AFFA nümayəndəsi: Eldəniz Musayev.


Şamaxı şəhər stadionu.


14:00. "İmişli" - "Sabah"


Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Əkbər Əhmədov.


VAR: Fərid Hacıyev.


AVAR: Vüqar Həsənli.


Hakim-inspektor: Zöhrab Qədiyev.


AFFA nümayəndəsi: Rüfət Əmirov.


Quba Olimpiya Kompleksinin stadionu.


19:00. "Qarabağ" - "Karvan-Yevlax"


Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.


VAR: Rəşad Əhmədov.


AVAR: Emin Əliyev.


Hakim-inspektor: Şahin Cəfərov.


AFFA nümayəndəsi: Bəhram Qurbanov.


"Azersun Arena".


Qeyd edək ki, Azərbaycan Kubokunun 1/8 final mərhələsinin ilk günündə "Turan Tovuz" "Şahdağ Qusar"ı (2:1), "Zirə" isə əlavə vaxtda "Neftçi"ni (1:0) məğlub edib. Bu mərhələyə dekabrın 4-də yekun vurulacaq.

Baxış sayı: 3 078

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə