Bu gecə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turuna yekun vurulub.


ARHD.AZ  xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” səfərdə Bilbao “Atletik”i ilə qarşılaşıb.


Ağdam təmsilçisi 1:3 hesabı ilə uduzaraq cari mərhələdə ilk məğlubiyyətini alıb.


1-ci turda “Benfika”ya, 2-ci turda isə “Kopenhagen”ə qalib gələn Qurban Qurbanovun komandası hazırda sıralamada 6 xalla 13-cüdür. 


Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.


 

Baxış sayı: 2 763

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə