Bakı, 2 may, ARHD.AZ



Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda qızıl medal qazanıb


Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda uğurla çıxış edib.

ARHD.AZ xəbər verir ki, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Kamilla Əliyeva və Sofiya Məmmədovadan ibarət komanda qızıl medal qazanıb.

Onlar top və halqalarla hərəkətlər üzrə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, Avropa Kubokunda 25 ölkədən 175 gimnast çıxış edir.

Baxış sayı: 4 238

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə