Fərid Qayıbov: İştirakçı sayından da bilinir ki, reqataya maraq ildən-ilə artır

Suqovuşan, 30 aprel, ARHD.AZ


Yenidən Suqovuşan torpaqlarında olmaq çox xoşdur.

ARHD.AZ xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, bu idman növü üzrə yerli və beynəlxalq yarışlar işğaldan azad edilmiş ərazilərdə növbəti illərdə də keçiriləcək: "İştirakçı sayından da bilinir ki, reqataya maraq ildən-ilə artır. Suqovuşanda ilk dəfə keçirilən reqatada bu say 4 idisə, indi 20-dən çoxdur”.

Qeyd edək ki, “Prezident Kuboku-2025” beynəlxalq reqatasında 20-dən çox ölkədən 200-dən artıq idmançı iştirak edir. Bu gün Suqovuşanda start götürəcək yarış mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə