ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişənin başa çatdırılmasına töhfə verdiyini bildirib.


ARHD.AZ xəbər verir ki, o, bu fikirləri Ağ Evdə keçirilən brifinqdə çıxış edərkən deyib.


Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin bu nəticəyə təəccübləndiyini ifadə edib.


"Putin mənə dedi ki, bu müharibəni həll etdiyinizə inana bilmirəm", - deyə Tramp bildirib və əlavə edib ki, Moskva bu məsələ üzərində illərlə işləsə də, nəticə əldə edə bilməyib.


ABŞ Prezidenti qeyd edib ki, hər iki ölkənin liderlərini Oval kabinetdə qəbul edib. Onun sözlərinə görə, danışıqlar konstruktiv məcrada keçib və barışıq ruhunda yekunlaşıb.

Baxış sayı: 3 163

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə