Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir.


ARHD.AZ  xəbər verir ki, 979 ton Aİ-92 markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar yanvarın 11-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.


Qeyd edək ki, 9 yanvar 2026-cı il tarixində 1742 ton Aİ-95 markalı benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib.


Bundan əvvəl, 18 dekabrda isə Ermənistana 1220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilmişdi.

 

Baxış sayı: 3 253

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə