"İşğaldan azad edilən bölgəni bir-biri ilə bağlamaq bizim əsas vəzifəmizdir və bu bölgəni Azərbaycanın digər bölgələri ilə - Kəlbəcər vasitəsilə Gəncə-Qərb istiqaməti, Tərtər-Bərdə-Bakı istiqaməti, Füzuli-Biləsuvar-Cənub istiqaməti, beləliklə, ölkədə bağlantılar daha etibarlı olacaq, yola sərf edilən məsafə qısa olacaq".


ARHD.AZ  AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.


Dəmir yolu, avtomobil yolları, gələcəkdə hava yollarının istifadəsinin insanların ölkə daxilində miqrasiyasını gücləndirəcəyini vurğulayan dövlətimizin başçısı bildirib:


"Şərt deyil ki, hamı Bakıya gəlsin. Əksinə, bu gün, misalçün, Xankəndi kimi şəhərə Bakıdan, Naxçıvandan, başqa yerlərdən gəlirlər. Xankəndi və Ağdam azad edilmiş bölgələrin əsas şəhərləri olacaq".


Azərbaycan Prezidenti azad edilmiş ərazilərdə artıq 70 min insanın yaşadığını qeyd edərək deyib:


"Ola bilər, 120, 130, 140 min əhali bu ilin sonuna qədər orada yaşayacaq, çalışacaq".

Baxış sayı: 3 646

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə