ABŞ-də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”na (TRIPP) həsr olunmuş dəyirmi masa təşkil edilib. 


ARHD.AZ  xəbər verir ki, bu barədə məlumatı Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatası (USACC) yayıb.


Bildirilib ki, tədbirdə Azərbaycan və Ermənistanın ABŞ-dəki səfirləri Xəzər İbrahim və Narek Mkrtçyan iştirak ediblər. 


Qapalı formatda keçirilən dəyirmi masada TRIPP layihəsinin regional əlaqələrin möhkəmləndirilməsində və Orta Dəhliz boyunca ABŞ-nin davamlı iqtisadi mövcudluğunun təmin edilməsində rolu müzakirə edilib. 


Tədbirdə həmçinin Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın ABŞ-dəki səfirləri, həmçinin ABŞ hökumətinin yüksəkrütbəli rəsmiləri və biznes nümayəndələri iştirak ediblər.

Baxış sayı: 3 719

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə