20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.


ARHD.AZ  President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.


"Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurasının 2025-ci il 2 oktyabr tarixli iclasında 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının (FIFA U-20 World Cup) 2027-ci ildə Azərbaycanda və Özbəkistanda keçirilməsi barədə qərar qəbul edilib.


Azərbaycanın 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatı kimi mötəbər bir idman tədbirinə ev sahibliyi etməsi onun idman ölkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə, gələcəkdə belə mühüm layihələrin respublikamızda yüksək səviyyədə təşkilinə müsbət təsir göstərəcək", - Sərəncamda qeyd olunub.


Sərəncama əsasən, 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin tərkibi aşağıdakı kimidir:


"Təşkilat Komitəsinin sədri


Samir Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini


Təşkilat Komitəsi sədrinin müavini


Azərbaycan Respublikasının gənclər və idman naziri


Təşkilat Komitəsinin üzvləri:


Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini


Azərbaycan Respublikası maliyyə nazirinin müavini


Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini


Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini


Azərbaycan Respublikası daxili işlər nazirinin müavini


Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini


Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini


Azərbaycan Respublikası xarici işlər nazirinin müavini


Azərbaycan Respublikası səhiyyə nazirinin müavini


Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı


Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri


Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini


Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini


Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini


Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri


"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti


"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri


"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru


Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti


Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı


Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı


Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı.


Sərəncama görə, 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) ilə əlaqələndirmə işlərinin aparılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə edilib.


Təşkilat Komitəsi 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı zəruri məsələləri, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir".

Baxış sayı: 3 664

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə