“ARHD.AZ” ictimai-siyasi media saytının rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov - 5 dekabr şəxsiyyətinə böyük hörmətim olan, ziyalı və dəyanətli insan, mərd və təmənnasız ağsaqqal, Azərbaycan hüquqşünası, hüquq elmləri doktoru, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin doğum günüdür.

Fərhad müəllimi təbrik edirəm, Allahdan can sağlığı, firavan həyat, ailə xoşbəxtliyi, cətin və şərəfli peşəsində uğurlar arzulayıram.

Allah qorusun inşallah.

Fərhad Abdullayev 5 dekabr 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Bakı şəhəri 189 saylı orta məktəbə daxil olmuş, 1975-ci ildə həmin məktəbi bitirmişdir. Həmin ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş və 1980-ci ildə həmin universiteti bitirmişdir.

1980-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinə təyinatı üzrə işə qəbul olunub. Əvvəlcə məsləhətçi, sonradan baş məsləhətçi vəzifəsində işləmiş, 1985-ci ildən isə şöbə rəisi vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərbaycan Respublikası Ali Soveti tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi seçilmiş və 2000-ci ilədək həmin vəzifədə çalışmışdır.[1] 28 avqust 2000-ci ildə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin sədr müavini vəzifəsinə təyin olunmuşdur.

25 iyun 2003-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin təsdiqindən sonra Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri təyin edilmişdir.

24 iyun 2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin təsdiqindən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yenidən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası ədalət mühakiməsinin həyata keçirilməsində iştirakı ilə yanaşı bir sıra qanunvericilik və digər aktların hazırlanmasında iştirak etmişdir.

Fərhad Abdullayev pedaqoji və elmi fəaliyyətlə məşğul olur. Hüquq elmləri doktorudur. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür.

Ailəlidir, iki övladı var.

Baxış sayı: 4 610

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə