Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp onun Nobel Sülh Mükafatına namizədliyini irəli sürdüyü üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.


Oxu.Az Donald Trampın bu münasibətlə yazdığı məktubu təqdim edir:


 

15:53


Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.


ARHD.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:


"Hörmətli cənab Prezident.


Nobel Sülh Mükafatına namizədliyimi irəli sürmək üçün Sizin və baş nazir Paşinyanın birgə məktubunuza görə təşəkkür edirəm. Bizi vacib missiyamızı davam etdirməyə ruhlandıran bu yüksək qiymətə görə dərin minnətdarlığımı bildirirəm.


Amerika Birləşmiş Ştatlarının prezidenti olaraq, dünyada münaqişələrə son qoymağa, bütün insanlar üçün sülh və rifahın təmin edilməsinə sadiq qalıram. Sizin davamlı tərəfdaşlığınızla qeyri-mümkün nə varsa, ona nail olacağıq.


Davamlı dəstəyinizə görə Sizə bir daha təşəkkür edirəm".

Baxış sayı: 3 721

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə