Pakistan və Əfqanıstan sərhədində yenidən silahlı qarşıdurma baş verib.


ARHD.AZ “Dawn” qəzetinə istinadən xəbər verir ki, hadisə Çaman sərhəd-keçid məntəqəsinin yaxınlığında qeydə alınıb.


Tərəflər qarşıdurma zamanı artilleriyadan istifadə edib. 


Hər iki ölkə bir-birini təxribatda günahlandırıb. İnsident zamanı Pakistan tərəfdən 4 nəfər yaralanıb. 


Xatırladaq ki, bu ilin oktyabrında Pakistan və Əfqanıstan arasında silahlı qarşıdurmalar başlayıb. Elə həmin ay Qətər və Türkiyənin vasitəçiliyi ilə tərəflər arasında müvəqqəti atəşkəsə nail olunub. 

Baxış sayı: 2 717

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə