ARHD.az xəbər verir ki, Space TV-də yayımlanan jurnalist Nuranə Gülərin “Qarabağ Azərbaycandır!” layihəsi bu dəfə Göyçay şəhərində şəhidlərin və qazilərin evlərini ziyarət etməklə davam etdi. Layihə komandası Göyçay Şəhidlər Xiyabanına gələrək qəhrəman övladlarını Vətən torpağına əmanət etmiş ailələrlə görüşdü, onların dərdlərini, qürurlarını və müqəddəs amal uğrunda göstərdikləri fədakarlığı dinlədi.

Görüşlər zamanı Göyçay ziyalıları 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən fəxrlə söz açdılar. Onlar həmin qələbənin xalqımızın birliyinin, dövlətimizin gücünün və Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığının nəticəsi olduğunu vurğuladılar. Layihənin Göyçayda keçirdiyi bu ziyarət həm şəhid ailələrinə mənəvi dayaq oldu, həm də Zəfər tariximizin unudulmaz olduğunu bir daha göstərdi.

 

Baxış sayı: 3 997

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə