Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVA

Bakı, 9 fevral, ARHD.AZ


Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVA


Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən ARHD.AZ-a bildirilib ki, fevralın 9-u saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində, dağlıq və dağətəyi rayonlarda qar yağıb. Yağan qarın hündürlüyü Lerikdə 62, Qrızda 19, Yardımlıda 17, Kəlbəcərdə 10, Şuşada 8, Laçın, Xaltanda 7, Zaqatalada (Əlibəy) 6, Xınalıqda 4, Tovuz, Daşkəsən, Gədəbəydə 2, Göygöl, Ceyrançöl, Şəki, eyni zamanda Bakı və Abşeron yarımadasının bəzi ərazilərində isə 1 sm qeydə alınıb.

Ölkə ərazisinin bəzi yerlərində müşahidə olunan güclü külək səhər saatlarından 10-15 m/s-dək zəifləyib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.6 metrdir.

Daşkəsən, Gədəbəy, Şəki, Qax, Qəbələ, Zaqatala, Şamaxı, Ağstafa, Lerik, Göygöldə duman müşahidə olunub. Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 9, dağlıq rayonlarda isə 14-19 dərəcə şaxta qeydə alınıb.

Baxış sayı: 3 219

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]