Bir müddət əvvəl həbs edilən "Vüsal 300" kimi tanınan iş adamı Vüsal Şirvan oğlu Abbasov ev dustaqlığına buraxılıb.

Bu barədə Xətai Rayon Məhkəməsi qərar verib.

Qeyd edək ki, V.Abbasov bir neçə nəfərlə əlbir olaraq qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham edilir.

Belə ki, Vüsal Abbasov vətəndaşlara məxsus avtomobilləri və digər əmlakları girov saxlamaqla qanunamüvafiq olmayan faiz dərəcələri ilə lizinqə salmaqda təqsirləndirilir.

Sosial şəbəkələrdə yayılan görüntülərdə "Vüsal 300"ə məxsus ofislər, avtomobil qarajı üzərinə məhkəmə tərəfindən həbs qoyulduğu və Xətai Rayon Prokurorluğu tərəfindən möhürləndiyi görünür.

Onu da qeyd edək ki, "Vüsal 300" Bakıda ən bahalı maşınları icarəverən kimi tanınır. Bir çox tanınmış müğənnilərin avtomobilləri məhz ona məxsusdur.

Baxış sayı: 1 866

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə