![Komitə sədri Bahar Muradova Yevlaxda vətəndaş qəbulu keçirəcək](https://azertag.az/files/2025/1/1200x630/17389316973904735569_1200x630.jpg)
Bakı, 7 fevral, ARHD.AZ
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yevlaxda vətəndaş qəbulu keçirəcək.
Dövlət Komitəsindən ARHD.AZ -a bildirilib ki, qəbul fevralın 14-də saat 11:00-da Yevlax şəhər Heydər Əliyev Mərkəzində baş tutacaq.
Qəbulda Yevlax və Mingəçevir şəhər sakinlərinin müraciətlərinə baxılacaq.