Ötən il neft-qaz ixrac boru kəmərlərinin “mühafizə zonaları”nda qaydaları pozan 5377 nəfər saxlanılıb

Bakı, 5 fevral, ARHD.AZ


Ötən il neft-qaz ixrac boru kəmərlərinin “mühafizə zonaları”nda qaydaları pozan 5377 nəfər saxlanılıb


2024-cü ildə neft və qaz ixrac boru kəmərlərinin “mühafizə zonaları”nda mühafizə qaydalarını pozan 5377 nəfər (onlardan 18 nəfəri xarici vətəndaş) saxlanılıb. Onlardan 5361 nəfərinə xəbərdarlıq edilib, 15 nəfəri isə ərazi aidiyyəti üzrə tədbir görülməsi üçün polis şöbələrinə təhvil verilib.

ARHD.AZ  xəbər verir ki, bunu Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində 2024-cü ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair kollegiya iclasında Agentliyin rəisi general-mayor İlqar Abbasov deyib.

Onun sözlərinə görə, ötən illə müqayisədə saxlanılanların sayı 462 nəfər, xarici vətəndaşların sayı 2 nəfər azalıb. Bütün şübhəli halların aidiyyəti üzrə tam araşdırılması təmin edilməklə ixrac boru kəmərlərinin təhlükəsizliyinə xələl gətirəcək hallar qeydə alınmayıb.

Baxış sayı: 4 231

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə