ARHD.AZ saytının Rusiya Federasiyası üzrə xüsusi nümayəndəsi Tofiq Məmmədov .
ARHD.AZ saytı və Tofiq Məmmədov’la birgə araşdırmasını sizlərə təqdim edirik.
Rəhman Sahib oğlu Mustafayev, Azərbaycan Respublikasının Rusiyada fövqəladə və səlahiyyətli səfiri olaraq, ölkəsinin beynəlxalq münasibətlərində mühüm rol oynayır. Onun diplomatik fəaliyyəti, Azərbaycanın xarici siyasətindəki əsas prinsiplərə və maraqlara sadiqlik nümayiş etdirir. Rəhman Mustafayevin peşəkarlığı, strateji düşüncə qabiliyyəti və diplomatik bacarıqları, onun Rusiyadakı və beynəlxalq aləmdəki mövqeyinin gücünü nümaiş etdirir.
Rəhman Mustafayev, həm Azərbaycan-Rusiya münasibətlərinin inkişafını təşviq edən, həm də Azərbaycanı Rusiyada daha yaxından tanıdan bir diplomatik rəhbər kimi tanınır. Onun rəhbərliyi altında, iki ölkə arasında ticarət, iqtisadiyyat, mədəniyyət və təhlükəsizlik sahələrindəki əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib. Mustafayevin qarşılıqlı etimada əsaslanan və müasir dünyada diplomatik əlaqələri möhkəmləndirmək istiqamətindəki səyləri, onu hər iki ölkənin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Səfir dinindən miliyyətindən asılı olmayaraq hər bir vətəndaşı dinləyir və onların problemlərini həll edir.Səfirlik əməkdaşları yüksək səviyyədə vətəndaşlara xidmət göstərir.
Səfir Rəhman Mustafayev, həmçinin, Azərbaycan diasporasının hüquqlarının müdafiəsi və Rusiya ərazisindəki azərbaycanlıların sosial və mədəni həyatının yaxşılaşdırılması üçün səy göstərir. Onun peşəkar yanaşması, səmimiyyəti və əzmkar fəaliyyəti, ölkəsinin xarici siyasətindəki uğurlarını daha da artırır və Azərbaycanı beynəlxalq arenada güclü bir tərəfdaş olaraq möhkəmləndirir.
Azərbaycan Respublikasının Rusiyada fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev'ə Azərbaycan dövlət və dövlətçiliyinə xidmət etdiyi üçün təşəkkür edirik.
Şimal-Qərb Federal Dairəsi üzrə
Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti,
Sankt-Peterburq qubernatorunun milli məsələlər üzrə müşaviri
Vaqif Məmişov
Azərbaycanı unutmayan və Azərbaycanın da unutmadığı iş adamı…
Vaqif Məmişov sahibkarlıq fəaliyyəti ilə yanaşı ictimai fəaliyyəti də heç zaman diqqətdən kənara qoymayıb. Rusiyanın Şimal-Qərb Federal Dairəsi üzrə Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri olan V.Məmişov davamlı olaraq Azərbaycanla bağlı tədbirlərə ya təşkilatçılıq edir, ya da bu tədbirlərdə yaxından iştirak edir. Sankt-Peterburq şəhər rəhbərliyi ilə sıcaq münasibətlərə malik Vaqif Məmişov Rusiyada keçirilən seçkilərdə də fəal iştirak edir. Rusiyada yaşayan həmyerlilərimiz arasında təbliğat işi faktiki olaraq ona həvalə olunub. Eyni zamanda Vaqif məllim Rusiya Respublikasında yaşayan həmyerlilərimizin bütün problemlərini həll edir. Həmçinin Rusiyada oxuyan tələbərə həm təhsil müddətində dəstək olur, eyni zamanda onlara iş həyatında yol göstərir
Gənclərin gələcək həyatında çətinlik çəkməməsi üçün onlara dəstək olur. Təsadüfi deyil ki, məhz bu fəaliyyətinə görə, şəhər rəhbərliyi onu 1996-cı ildə "Vətən qarşısında xidmətinə gorə” II dərəcəli ordenlə və "Sankt-Peterburqun 300 illiyi” xatirə medalı ilə təltif edib.
Vaqif Məmişov həmişə ölkə xaricində bütün arenalarda fəal iştirak edir, ölkəmizi bütün arenalarda təmsil edir.
Vaqif Məmişov Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin yaranmasındakı ximətlərinə görə, Cənab Prezident İlham Əliyevin 16 mart 2006-cı il sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. Vaqif Məmişov mütəmadi olaraq Azərbaycanda olur və ölkəmizdə keçirilən tədbirlərdə də yaxından iştirak edir.
Vaqif Məmişov'a Azərbaycan dövlət və dövlətçiliyinə xidmət etdiyi üçün təşəkkür edirik.