Hesabat: AZAL uçuşqabağı bütün prosedurlara tam riayət edib

Hesabat: AZAL uçuşqabağı bütün prosedurlara tam riayət edib

Astana, 4 fevral, ARHD.AZ

Komandir və ekipaj üzvləri tərəfindən uçuşa hazırlıq işləri həyata keçirilib.

ARHD.AZ  xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin

təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatında qeyd olunub.

Bildirilir ki, hava gəmisinin komandir, ikinci pilot, baş bort bələdçisi və iki bort bələdçisindən ibarət ekipaj üzvləri uçuşdan qabaq Bakı şəhərində Heydər Əliyev Beynəlxalq Aeroportunun tibb məntəqəsində yoxlanışdan keçiblər.

“Uçuşdan qabaq hava gəmisinə “SILK WAY TECHNICS” şirkətinin texniki heyəti tərəfindən 03:00-da

“DEPARTURE CHECK” çərçivəsində baxış keçirilib və saat 03:20-də şəxsi heyət tərəfindən qəbul olunub”, - deyə hesabatda vurğulanıb.

Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın

Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Baxış sayı: 4 326

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]