Astana, 4 fevral,  ARHD.AZ


 

 

Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğramasının ilkin hesabatını dərc edib.

 ARHD.AZ xəbər verir ki, hesabatda istintaq komissiyasının hava gəmisinin konstruksiyasının zədələnməsinin ətraflı yoxlanılmasını davam etdirdiyi bildirilir.

“Qorunub saxlanılan fraqmentlərin ilkin müayinəsi nəticəsində təyyarənin quyruq hissəsində, şaquli stabilizatorda və üfüqi stabilizatorda, sükan və istiqamət sükanlarında müxtəlifölçülü və formalı çoxsaylı deşik və qeyri-deşik zədələr aşkarlanıb. Oxşar zədələr hava gəmisinin sol mühərrikində və sol qanadında, həmçinin hava gəmisinin aqreqat və komponentlərində də aşkar edilib. Bəzi yerlərdə zədələr düzgün düzbucaqlı formaya malikdir”, - deyə hesabatda qeyd olunub.

Hesabat 53 səhifədən ibarətdir. Sənəddə təyyarənin hidravlik sistem bölməsindən, stabilizator idarəetmə mexanizmindən və digər hissələrindən çıxarılan kənar metal obyektlərin, habelə təyyarənin zədələnmiş hissələrinin fotoları və bort qeydedicisinin yazıları da yer alıb.

Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Baxış sayı: 3 745

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]