“Məşğulluğa dəstək” layihəsi üzrə daha 170 şəxs üçün təsərrüfatlar yaradılıb


Bakı, 4 fevral, ARHD.AZ


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa dəstək” layihəsi iştirakçılarının aktivlərlə təminatı davam edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, layihə üzrə son bir həftədə daha 170 işsiz və işaxtaran şəxsə aktivlər təqdim edilib və onlar aldıqları aktivlər hesabına kiçik təsərrüfatlarını yaradıblar.

Özünüməşğulluq proqramının genişlənməsinə dəstək olan layihə həssas əhali qruplarının (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və s.) kiçik biznesə çıxışına dəstək verir.

Layihəyə cəlb olunanlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil olunur. Təlimləri uğurla bitirənlərə seçdikləri istehsal və xidmət sahələri üzrə təsərrüfatlarını qurmaları üçün avadanlıqlar verilir.

Baxış sayı: 5 045

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]