Bakı, 1 fevral, ARHD.AZ
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 7-də Qusar Rayon Polis Şöbəsinin inzibati binasında Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən ARHD.AZ -a verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin (DİN) səlahiyyətlərinə aid məsələlərlə bağlı 2025-ci il fevralın 6-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.