Bakı, 1 fevral, ARHD.AZ

 

Ədliyyə naziri Fərid Əhmədov yanvarın 31-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Nazirliyin mətbuat xidmətindən ARHD.AZ  a verilən məlumata görə, nazir qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Qəbulda Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Baxış sayı: 4 322

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]