Bakı, 31 yanvar,  ARHD.AZ

 

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə həyata keçirilən “Rəhbərlər üçün Rəqəmsal Akademiya” proqramının növbəti sessiyası Berlində təşkil edilib.

ARHD.AZ  İRİA-nın yaydığı məlumata istinadla xəbər verir ki, 13 dövlət qurumundan rəhbər şəxslər Almaniya və Danimarkanın hökumət sektorlarında rəqəmsal transformasiya təcrübəsi ilə tanış olub, aparıcı ekspertlərlə fikir mübadiləsi aparıblar.

Təlim çərçivəsində “Hertie School”un Rəqəmsal İdarəetmə Mərkəzinin rəhbəri Gerhard Hammerşmit Almaniyanın rəqəmsallaşma strategiyalarını təqdim edib. Həmçinin Danimarkanın rəqəmsal idarəçilik modeli və Almaniyanın rəqəmsal siyasəti müzakirə olunub.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Almaniya Rəqəmsal və Nəqliyyat Federal Nazirliyində rəqəmsal transformasiya həlləri ilə tanış olub. Həmçinin Almaniya Federal Kanslerlik nümayəndələri ilə rəqəmsal siyasət üzrə görüşlər keçirilib.

Agentlik nümayəndələri Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunmuş rəsmi qəbulda ölkəmizin səfiri Nəsimi Ağayevlə rəqəmsallaşmanın önəmi və əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Baxış sayı: 3 090

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]