Məntəqələrdə seçicilər böyük ruh yüksəkliyi ilə səs verirlər. İndiyədək hansısa qanun pozuntusuna rast gəlməmişik.
Azərbaycan Respublikası bütün ərazisi üzrə müşahidəçi
ARHD.AZ saytının rəhbəri
Beynəlxalq Hüquq Eksperti
İsmayıl Zalov
2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində iştirak etmiş və müşahidələr aparmışdır. Bakı şəhəri, Sumqayıt və Abşeron yarımadasında məntəqə də iştirak edərək öz qeydlərini aparmışdır :
"Seçicilər bələdiyyə seçkilərində fəal şəkildə iştirak edirlər. Doğrudur, səhər saatlarında seçici fəallığı bir az aşağı idi. Amma hazırda seçicilərin fəallığının artdığı müşahidə olunur. Seçki prosesi son dərəcə şəffaf və obyektiv şəkildə keçirilib. Həm müşahidəçilərin, həm də medianın fəaliyyətinə lazımi şərait yaradılıb və hər şey göz önündə olub. Məntəqələrin açılışı, seçkinin yekunlaşması və səslərin hesablanması prosesləri müşahidəçilər tərəfindən rahatlıqla izlənilib. Seçkilər son dərəcə ədalətli təşkil edilib və əvvəlki seçkilərdən fərqli olaraq seçki pozuntuları minimum səviyyədə olub.
Seçkinin ilk dəqiqələrindən etibarən seçicilər arasında əsasən qadınların və yaşlı təbəqənin fəal iştirakı müşahidə olunub. Müşahidəçilərimiz tərəfindən ümumi olaraq Mərkəzi Seçki Komissiyasının fəaliyyəti, seçki hazırlığı və təşkilatçılığı yüksək qiymətləndirilir. Seçkinin şəffaf şəkildə həyata keçirildiyini vurğulayıb: "İnsanlar öz vətəndaş məsuliyyətini çox gözəl dərk edir və bunu görmək doğrudan da sevindiricidir. Çünki bu da müstəqilliyin bir əlamətidir. Seçicilər bununla seçimlərinə, dövlətimizə güvəndiklərini göstərirlər".
“Seçkilər tam şəffaf şəkildə keçirilir və səsvermə hüququna malik olan şəxslər öz seçki hüquqlarından sərbəst şəkildə istifadə edirlər”, - deyə müşahidəçi bildirib. Azərbaycanda növbəti dəfə keçirilən bələdiyyə seçkiləri normal şəraitdə baş tutur. Azərbaycanda keçirilən seçkilər artıq təkmilləşib və vətəndaşlar sərbəst şəkildə seçki hüququndan istifadə edərək istədikləri namizədə səs verirlər.
“Namizədlərin təbliğat və təşviqat kampaniyası üçün bütün imkanlar yaradılıb. Onlar ödənişli və ödənişsiz efir vaxtından istifadə edərək öz proqramlarını seçicilərin diqqətinə çatdırıblar. Seçkilərin təşkili, qanuna müvafiqliyi, vətəndaşların azad və sərbəst şəkildə iradələrini ifadə etməsi artıq müzakirə mövzusu deyil. Seçicilərin tam sərbəst qaydada səsvermədə iştirak etməsi faktdır. Təcrübə göstərir ki, həm seçicilər, həm namizədlər həm də seçki prosesini hazırlayanlar heç bir maneə və problemlə qarşılaşmayıblar. Bu prosesləri diqqətlə izlədiyim üçün seçkilərə hazırlıq prosesində ciddi bir nöqsan müşahidə etməmişəm. Hesab edirəm ki, seçki prosesi normal və qanunlara uyğun davam edir”