Bakı, 29 yanvar,  ARHD.AZ

 

Məntəqədə səsvermənin şəffaf və demokratik şəkildə keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün zəruri şərait yaradılıb.

ARHD.AZ xəbər verir ki, bunu 7 saylı Səbail rayon seçki dairəsinin 2 saylı seçki məntəqəsinin sədri Süleyman Əliyev bildirib.

Məntəqə sədri qeyd edib ki, məntəqədə 1332 seçici qeydiyyata alınıb. Onun sözlərinə görə, məntəqədə səsvermə prosesini 21 müşahidəçi izləyir.

S. Əliyev əlavə edib ki, məntəqə zəruri avadanlıqlarla təchiz edilib. Məntəqədəki ən gənc seçicinin 18, ən yaşlı seçicinin isə 94 yaşı var.

Baxış sayı: 1 177

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]