Bakı, 28 yanvar,  ARHD.AZ

 

Sabah – yanvarın 29-da ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərəcək.

Bu barədə ARHD.AZ-a Mətbuat Şurasından məlumat verilib.

Bildirilib ki, jurnalistlər qeyd edilmiş nömrələrlə əlaqə saxlayaraq, prosesin işıqlandırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə məlumat vermək imkanı əldə edə biləcəklər.

Qeyd edək ki, Mətbuat Şurası jurnalistlərin seçkilərin işıqlandırılması ilə bağlı sərbəst fəaliyyətlərinə dəstək məqsədilə müvafiq instansiyalarla əlaqəli şəkildə çalışacaq. Şuranın (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri səsvermə başlayan andan bitənədək “qaynar xətt” rejimində işləyəcək.

Baxış sayı: 2 784

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə