Bakı, 26 yanvar,  ARHD.AZ

 

Yanvarın 26-da Salyan rayonunun meşə fondu torpaqlarında 5 mindən çox ağac əkilib.

Bu barədə Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov ARHD.AZ -a bildirib.

Ölkə ərazisini əhatə edən meşəbərpa tədbirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Salyan rayon icra hakimiyyətinin rəsmilərinin, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarəsinin əməkdaşlarının iştirakı ilə Salyan rayonunun meşə fondu torpaqlarında keçirilib.

Bir gün ərzində Salyan meşəbəyliyinin 4 hektar ərazisində 5 mindən artıq ağcaqayın, göyrüş və iydə ağacı əkilib.

Növbəti günlərdə də ölkə ərazisinin meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam etdiriləcək.

Baxış sayı: 3 326

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə