Kiyev, 25 yanvar,  ARHD.AZ

 

Beş gün ərzində Belarus Respublikası Prezidentinin seçkilərində vaxtından əvvəl səsvermədə seçicilərin 41,81 faizi iştirak edib.

 ARHD.AZ xəbər verir ki, bu barədə Belarus Mərkəzi Seçki Komissiyasının məlumatında qeyd edilir.

Ən çox aktivlik Brest vilayətində olub. Seçicilərin 41,99 faizi səsvermədə iştirak edib. Paytaxt Minskdə isə bu göstərici 41,14 faiz olub.

Belarusda prezident seçkilərinə erkən səsvermə 2025-ci il yanvarın 21-dən 25-dək keçirilib. Yanvarın 26-da seçki məntəqələrinə gələ bilməyəcək seçicilər bu müddət ərzində səsvermə hüququndan istifadə ediblər.

Əsas seçki günü olan yanvarın 26-da, səsvermə saat 8:00-dan saat 20:00-dək keçiriləcək.

Seçkilərdə prezidentliyə 5 namizəd mübarizə aparır. Bunlar Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko, bitərəf Anna Kanopatskaya, Liberal Demokrat Partiyasından Oleq Qaydukeviç, Belarus Kommunist Partiyasından Sergey Sırankov və Respublika Əmək və Ədalət Partiyasından Aleksandr Xijnyakdır.

Baxış sayı: 4 334

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]