Bakı, 24 yanvar,  ARHD.AZ

 

Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasında iştirak etmək məqsədilə Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə sənayesi naziri, Komissiyanın həmsədri Vüqar Mustafayev yanvarın 24-də Komissiyanın həmsədri, Pakistanın müdafiə, müdafiə istehsalı və aviasiya naziri Xavaca Məhəmməd Asiflə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən bildirilib ki, Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Pakistandakı səfirimiz Xəzər Fərhadovun iştirak etdiyi görüşdə müxtəlif sahələrdə ölkələrarası əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Hər iki ölkənin milli maraqlarının təmin edilməsində Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının fəaliyyəti yüksək qiymətləndirilib.

Baxış sayı: 4 016

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə