BAKI, 2025 ARHD.AZ
Azərbaycanda yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri günü 18 yaşı tamam olan ilk dəfə səs verəcək 153 seçiciyə xüsusi kartlar paylanacaq.
ARHD.AZ – ın məlumatına görə bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, budəfəki seçkilərdə ilk dəfə səs verəcək şəxslərin sayı 29 min 172 nəfərdir.