Bakı, 2025 ARHD.AZ




 Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransının (COP9) növbəti Bürosunun vitse-prezidenti olaraq Qambiyanın paytaxtı Banjulda keçirilən Regionlararası Afrika Nazirlər Toplantısında iştirak edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, F.Qayıbov həmçinin müvafiq yüksək səviyyəli paneldə çıxış edərək regionlararası əməkdaşlığın gücləndirilməsində idman idarəçiliyinin və dövlət dəstəyinin əhəmiyyətindən danışıb.

Tədbir iştirakçılarını Qambiya Prezidenti Adama Barrou qəbul edib. Nazir həmçinin Qambiyanın gənclər və idman naziri Bakar Bodji ilə də ikitərəfli görüş keçirib. Görüşdə iki ölkə arasında gənclər və idman sahəsində imzalanmış anlaşma memorandumunun icrası çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Baxış sayı: 2 580

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]