Bakı, 21 yanvar,  ARHQ.AZ



 

Əmək pensiyalarının minimum məbləği qanunla müəyyənləşir. Prezident İlham Əliyev 2024-cü il 23 dekabr tarixli Sərəncama əsasən, əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 280 manatdan 320 manata artırılmasını tövsiyə edib. Bu məqsədlə müvafiq qanun dəyişiklikləri hazırlanıb. Dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 280 manatdan 320 manata qədər yüksəldiləcək.

 Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Komitə sədri diqqətə çatdırıb ki, bu artım əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədini daşıyır və dövlətin vətəndaşlarının sosial rifahını artırmaq istiqamətində atılmış mühüm bir addımdır: “Dövlətin bu təşəbbüsü vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına və sosial təminatlarının gücləndirilməsinə xidmət edir. Beləliklə, əmək pensiyalarının minimum məbləğinin artırılması, həmçinin ölkədəki sosial müdafiə sisteminin möhkəmlənməsinə və vətəndaşların maddi durumlarının yaxşılaşdırılmasına yönəlmiş mühüm bir addım olaraq qiymətləndirilir”.



ARHD.AZ  İctimai-siyasi media saytı’ın rəhbəri :

Beynəlxalq Hüquq Eksperti : İsmayıl Zalov

 

ARHD.AZ  İctimai siyasi media saytı’ın  Baş redaktoru :

Orxan İsmayılov

Baxış sayı: 4 386

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]