Budapeşt, 15 fevral, ARHD.AZ


Macarıstanın logistika mərkəzinə çevrilməsi planlaşdırılır


Coğrafi mövqeyinə görə Macarıstanın regionun logistika mərkəzinə çevrilməsi yaxşı fikirdir.

ARHD.AZ  xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto söyləyib. O, tezliklə Mişkoltsda (ölkənin şərqi) “Bosch” şirkəti tərəfindən ümumavropa logistika bazasının açılışının reallaşacağını elan edib.

54 milyard forint (1 avro = 405 forint) sərmayə çərçivəsində “Bosch” burada 10 hektar ərazisi olan anbar bazası yaradacaq: “Bu andan etibarən “Bosch” şirkətinin bu anbardakı məhsulları 26 ölkəyə göndəriləcək”, - deyə diplomat bildirib.

Siyarto həmçinin qeyd edib ki, Macarıstan Avropanın logistika mərkəzlərindən birinə çevrilməsi istiqamətində daha bir addım atıb.

Baxış sayı: 4 348

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə