Gürcüstanın xarici ticarət dövriyyəsi 39 faiz artıb

Tbilisi, 14 fevral, ARHD.AZ


Gürcüstanın xarici ticarət dövriyyəsi 39 faiz artıb


Cari ilin yanvar ayında Gürcüstanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 39,2 faiz artaraq 2 milyard dollardan çox olub.

ARHD.AZ xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Hesabat dövründə Gürcüstanın xarici ticarətində idxalın həcmi 45,4 faiz artaraq 1,6 milyard dollar, ixracın həcmi isə 19,3 faiz artaraq 403,8 milyon dollar olub. Gürcüstanın xarici ticarətində 1,2 milyard dollar həcmində mənfi saldo yaranıb.

Qeyd edək ki, 2024-cü ildə Gürcüstanın xarici ticarəti 2023-cü il ilə müqayisədə 8 faiz artaraq 23,4 milyard dollar olmuşdu.

Baxış sayı: 5 446

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə