Əlcəzair Hərbi Hava Qüvvələrinə məxsus “Lockheed Martin C-130J-30 Super Hercules” tipli təyyarə Ermənistanın hava məkanından istifadə etməklə Azərbaycana uçub.


“ARHD.AZ” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir. Qeyd edilib ki, uçuş diplomatik məqsədlərlə həyata keçirilib. 


“Uçuşu həyata keçirən tərəfin təqdim etdiyi məlumata əsasən, C-130J təyyarəsinin həyata keçirdiyi Bufarik-Bakı reysi diplomatik məqsədlərlə baş tutub”, - nazirlik açıqlayıb. 


Qeyd edək ki, sözügedən təyyarə fevral ayında Ankaradan Bakıya, Bakıdan isə Əlcəzairin Bufarik şəhərinə uçmaq üçün Ermənistanın hava məkanından istifadə edib.

Baxış sayı: 2 694

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə