ABŞ Prezidenti Donald Tramp fevralın 28-dən bəri İrana qarşı davam edən “Epik Qəzəb” (Epic Fury) əməliyyatı fonunda özünə məxsus “Truth Social” platformasında sələfi Barak Obamanın siyasətini hədəf alan ironik və qalmaqallı paylaşım edib.


“ARHD.AZ” xəbər verir ki, Trampın paylaşdığı kollajda iki fərqli dövrün “danışıqlar” metodu kəskin şəkildə müqayisə olunur.


Belə ki, fotonun yuxarı hissəsində Obamanın İran rəsmilərinə pul təklif etməsi (“Obama İranla danışıqlar aparır”), aşağı hissəsində isə Trampın səmada uçan və İranın nüvə hədəflərini vuran “B-2 Spirit” bombardmançılarını izləməsi (“Tramp İranla danışıqlar aparır”) əks olunub.


Prezident həmin paylaşımla özünün “güc yolu ilə sülh” strategiyasını bir daha ön plana çıxararaq, İranın artıq “tamamilə məğlub olduğunu” və yeni bir sövdələşmə üçün yalvardığını iddia edib.


Qeyd edək ki, bu, Trampın Obama ilə bağlı ilk kəskin paylaşımı deyil. Bundan əvvəl də o, Barak Obama və xanımı Mişel Obamanın meymun kollajında təsvir olunduğu videonu paylaşmış, lakin qısa müddət sonra həmin paylaşımı silmişdi.

 

Baxış sayı: 3 087

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə