“Tramp Netanyahu tərəfindən müharibəni başlatmaq üçün aldadıldı və indi onun nəzarəti altında hərəkət edir”.


“ARHD.AZ” xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağer Qalibaf sosial şəbəkə hesabında yazıb.


İran rəsmisinin sözlərinə görə, Tehran artıq Amerika Birləşmiş Ştatları ilə İsrail arasında fərq qoymur.


“Törətdikləri əsas cinayətə gəldikdə isə, İran artıq ABŞ ilə İsrail arasında heç bir fərq görmür”, – Qalibaf bildirib.


O əlavə edib ki, düşmən tərəfin hesablamaları dəyişdirilənə və onlar peşman olana qədər müharibə davam edəcək.


Qalibaf həmçinin amerikalı ailələrin müharibə ilə bağlı suallar verdiyini vurğulayıb:


“Amerika ailələri Trampın Netanyahunun ekspansionist xəyallarını həyata keçirmək üçün oğul və qızlarını niyə qurban verdiyini bilməyə layiqdirlər”.

Baxış sayı: 2 970

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə