İranın yeni Ali Lideri Müctəba Xamenei xalqa müraciətində ABŞ hücumu nəticəsində həyatını itirən atası Ayətullah Əli Xamenei barədə açıqlamalar verib.


“ARHD.AZ”ın məlumatına görə, Xamenei atasının ölümündən sonra onun nəşini görmək imkanı əldə etdiyini bildirib.


O deyib ki, gördüyü mənzərə onda dərin təsir buraxıb.


“Şəhadətindən sonra onun nəşini ziyarət etmək imkanım oldu. Gördüklərim güc və mətanət dolu bir dağ kimi idi”, – Müctəba Xamenei söyləyib.


O, atasının sağ əlinin yumruq şəklində sıxıldığını qeyd edib və bunu güclü iradənin rəmzi kimi dəyərləndirib.

Baxış sayı: 2 882

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə