"ABŞ-nin Yaxın Şərqdə yerləşən və İran ərazilərinə hücumlar həyata keçirən hərbi bazalarına cavab zərbələri endirməyə davam edəcəyik".
ARHD.AZ TASS-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə söhbətində bəyan edib.
"İranın regionun ölkələrinə zərbələr endirmək və ya onlarla münaqişəyə girmək niyyəti yoxdur. Yalnız ərazimizə hücumlar həyata keçirən bazalara özünümüdafiə hüququ çərçivəsində zərbə vurulacaq", - deyə Pezeşkian bildirib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.























