ABŞ İrana qarşı hərbi əməliyyatın həyata keçirilməsi üçün gündəlik 900 milyon dollar xərcləyir.


“ARHD.AZ” xarici mediaya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında amerikalı senator Con Tun bildirib.


“Bu, əhəmiyyətli dərəcədə yüksək məbləğdir, lakin hesab edirəm ki, mövqelərimiz yaxşıdı. Hədəflərimizə nail olacağıq. Bu, yerinə yetirilməsi zəruri olan vacib missiyadır və ümid edirəm ki, tez bir zamanda başa çatacaq”, - o qeyd edib. 


Bundan əvvəl isə “The Washington Post” qəzeti öz mənbələrinə istinadən ABŞ Silahlı Qüvvələrinin İrana ilk zərbələrinin 5,6 milyard dollara başa gəldiyini yazıb. Xərclər əməliyyat zamanı sərf edilən silah-sursatlara uyğun olaraq hesablanır.

Baxış sayı: 2 658

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə