Qazaxıstanda USAID nümayəndəliyinin bağlanmasını tələb edən petisiya açılıb

Astana, 12 fevral, ARHD.AZ


Qazaxıstanda USAID nümayəndəliyinin bağlanmasını tələb edən petisiya açılıb


Qazaxıstanda “epetition.kz” platformasında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bu ölkədəki ofisinin bağlanmasını tələb edən petisiya dərc olunub.

ARHD.AZ-ın “Kazinform” agentliyinə istinadla verdiyi xəbərə görə, müraciətin müəllifləri USAID xətti ilə qrant alan qurumların fəaliyyətinin yoxlanılmasını, habelə LGBT təşkilatlarının və əxlaqsızlığın təbliği ilə məşğul olan strukturların fəaliyyətinə qanunvericiliklə qadağa qoyulmasını tələb edirlər.

Petisiya xarici fond və təşkilatların ölkədəki ictimai-siyasi proseslərə təsiri ilə bağlı son müzakirələr fonunda açılıb. Son vaxtlar Qazaxıstanda xaricdən maliyyə alan QHT-lərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı suallar meydana çıxır.

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) ABŞ hökumətinin rəsmi beynəlxalq humanitar və inkişaf agentliyidir.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp digər ölkələrin inkişafına yardım proqramlarını 90 gün müddətinə dayandıran Sərəncam imzalayıb.

Baxış sayı: 3 947

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə